Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Gülşənabad kəndində növbəti səyyar qəbul keçirib. Görüşdə RİH aparatının məsul əməkdaşları, eləcə də yerli idarə və təşkilat rəhbərləri iştirak ediblər. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, səsləndirilən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Qəbul zamanı kəndin sosial-iqtisadi vəziyyəti, infrastruktur və məişət problemləri müzakirə olun...
Ətraflı
Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı Ovni Muradov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan xalqı şəhid övladlarının qəhrəmanlığı ilə daim fəxr edir. Onların igidliyi nəticə...
Ətraflı27 sentyabr – Anım Günü münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirilib və ehsan süfrəsi təşkil olunub. Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılar şəhidlərin Vətən uğrunda göstərdikləri igidlik və qəhrəmanlığın xalqımız üçün hər zaman qürur mənbəyi olduğunu vurğulayıblar...
Ətraflı27 sentyabr 2025-ci il tarixində Babək şəhərinin mərkəzi meydanında yerləşən şəhidlər abidə-memorial kompleksində Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, Naxçıvan MR Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir əvvəlcə şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. İş...
Ətraflı25 sentyabr 2025-ci il tarixində Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində şəhidlərimizin əziz xatirəsinə ağaclar əkilib. Bu mənalı tədbir Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna ehtiramın, eyni zamanda gələcək nəsillərə daha yaşıllıq dolu...
Ətraflı