25 sentyabr 2025-ci il tarixində Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları və könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində şəhidlərimizin əziz xatirəsinə ağaclar əkilib. Bu mənalı tədbir Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna ehtiramın, eyni zamanda gələcək nəsillərə daha yaşıllıq dolu və sağlam bir mühit bəxş etməyin nümunəsi kimi dəyərləndirilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələri isə dövlətin davamlı diqqət və qayğısı ilə əhatə olunur. Bu cür aksiyalar həm şəhidlərin ruhuna ehtiram, həm də cəmiyyətin gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamasına xidmət edir.