Sirab və Güznüt kəndlərində əhalinin içməli su problemi həll edilir.

Kənddə içməli su xəttinin çəkilməsi üçün nəzərdə tutulan məsafədə qazıntı işləri aparılıb, diametri 160 millimetrlik 6 atmosfer təzyiqinə davamlı 2700 metrlik plastik boru xətlərində diametri 150 millimetrlik siyirtmə qoyularaq qaynaq işləri görülüb. Reallaşdırılan su tikinti və quruculuq işləri rayonun Sirab kəndini də əhatə edir. Kənddə sakinlərin içməli su təminatına xidmət edən əvvəlcədən qazılmış subartezian quyuları istismar müddətini başa vurduğundan, yenisi qazılıb. Dərinliyi 60 metr olan yeni subartezian quyusu saatda 25 kubmetr su vurmaq gücünə malikdir. Çəkilişi 5 min metr məsafəni əhatə edən su xəttinin artıq 2 min metrlik hissəsi yekunlaşıb, digər hissələrdə isə qaynaq işləri aparılır. Yenidənqurma, təmir-bərpa işləri çərçivəsində həm də istifadəyə yararsız borular diametri 160 millimetr olan, 16 atmosver təzyiqədavamlı yeni borularla əvəzlənir. Bu da imkan verir ki, su mənzilbaşına çatana qədər hər hansı itkiyə məruz qalmasın.