Babək rayonunda dövlət qulluqçusu təltif olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən, Babək rayon Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Şükürov Səfər Ramiz oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Medal dövlət qulluqçusuna Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tərəfindən təqdim edilib. Təqdimat zamanı rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin dövlət qulluqçularının fəaliyyətini yüksək qiymətləndirməsi hər bir məmurun məsuliyyətini artırır və xalqa xidmət işində yeni hədəflər müəyyənləşdirir.

Ovni Muradov vurğulayıb ki, Babək rayonunda çalışan dövlət qulluqçuları bundan sonra da vətəndaşlara ləyaqətlə xidmət göstərməli, dövlətimizin inkişafına töhfə verməlidirlər.

Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan bütün dövlət qulluqçularını ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!